29.04.2016

Buraxılış imtahanlarının və ali məktəblərə qəbulun nəticələrinin müzakirəsi

            Ümumi orta təhsil səviyyəsi üzrə rayonun məzunlarının ümumi sayı 1144 nəfər olmuş, onlardan 1143 nəfəri imtahana buraxılmışdır. Hər iki fənn üzrə müvəffəq qiymət almış məzunların sayı 725 nəfər (64.50%) olmuşdur. IX sınıflər üzrə buraxılış imtahanlarının nəticələrinə görə şəhər 1,2,3,4,5 və 6 saylı, Mucuq,  Aşağı Ləyər,  Yuxarı Zeyxur, Həsənqala kənd tam orta və Bədirqala kənd ümumi orta məktəblərin nəticələri ümumi respublika nəticələrindən yüksək olsa da, bir sıra kənd məktəblərinin  aşağı göstəriciləri ümumi rayon göstəricilərinin respublika göstəricilərindən aşağı olmasına səbəb olmuşdir. Belə  ki, Qənərçay kənd tam orta məktəbinin 6 məzunundan 2 nəfəri, Qalacıq kənd tam orta məktəbinin 13 məzunundan  5-i, Gündüzqala kənd tam orta məktəbinin 14 məzunundan   4-ü,  Atlıxan məktəbinin 15 məzunundan   6-sı hər iki fənn üzrə müvəffəq qiymət almışlar. Ümumilikdə IX siniflər üzrə müvəffəqiyyət faizi 2013-də 54%, 2014-də 58.5% və 2015-də 64.50% olmuşdur. Artım dinamikası olsa da,  adları yuxarıda sadalanan məktəb məzunlarının zəif nəticələri  rayonun ümumi göstəricilərinə təsir göstərmişdir.

            Rayonun ümumtəhsil müəssisələrinin XI siniflərini bitirən 938 nəfər şagirddən  936 nəfəri buraxılış imtahanında iştirak edmiş,  552 nəfəri (59.29%) hər üç fənn üzrə müvəffəq qiymət almışdır.

           XI siniflər üzrə buraxılış imtahanlarında ən yaxşı nəticəni şəhər 2 (95%) və 6 (90%) saylı, Yuxarı Zeyxur (90%), Böyük Muruq (83%), Ləcət (83%) kənd tam orta məktəbləri,əldə etmişlər.Rayon üzrə ən zəif nəticə Kuzun kənd tam orta məktəbi 0%(6 məzundan heç biri), Şirvanovka kənd tam orta məktəbi 18.5%(27 məzundan 5-i), Yasab kənd tam orta məktəbi 44%(18 məzundan 8-i) Köhnə Xudat kənd tam orta məktəbi 30%(23 məzundan 7-i), Samur qəsəbə tam orta məktəbi 30% (30 məzundan 9-u), Cağar qışlaq kənd tam orta məktəbi 14% (7 məzundan 1-i), Suvacal kənd tam orta məktəbi 18% (11 məzundan 2-si)  göstərmişlər.

           Qeyd etmək lazımdır ki, XI sinif məzunlarından 2 nəfəri, şəhər 1 saylı tam orta məktəbinin məzunu Ağadadaşova Lalə Əbülfət qızı və şəhər 2 saylı tam orta məktəbinin məzunu Əskərov Roman Əliyar oğlu təhsildə qazandığı xüsusi nailiyyətlərə görə Qızıl medala layiq görülmüşdür.

Ümumilikdə 936 nəfər attestat alıb. Attestat alanların 44.14%-i (411 nəfəri) ali məktəblərə qəbul olunmaq üçün sənəd verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, rayonun 157 məzunu (imtahanda iştirak edənlərin 39.73 faizi) tələbə adını qazanıb. Onların 50.69%-i (73 nəfəri) dövlət, 0.69%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 45.83%-i (66 nəfəri) dövlət, 2.78%-i (4 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

            Rayon məzunlarının 31 nəfəri (əvvəlki il 18 nəfər) 500-dən, o cümlədən 7 nəfəri (əvvəlki il 5 nəfər) 600-dən yuxarı bal toplayıb.

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhər 2 saylı və Yuxarı Zeyxur kənd tam orta məktəbləri daxil olub. Rayon üzrə yaxşı məktəblər sırasında Piral kənd tam orta məktəbini də qeyd etmək olar.

            Rayon üzrə ən yüksək orta bal 359.706 baldır ki, bu göstərici də Piral kənd orta məktəbinə məxsusdur.

           Bu il 500 baldan yuxarı nəticə göstərmiş məzunların 7 nəfəri şəhər 2 saylı və 5 nəfəri Piral kənd tam orta məktəbinin məzunlarıdır.

         


Açar sözlər: