03.05.2016

Zona müşavirələri

              Qusar RTŞ-nin rəhbərliyi təhsilin keyfiyyətcə yaxşılaşmasına, buraxılış imtahanlarının keçirilməsinə məsuliyyətlə yanaşaraq, müvafiq grafikə uyğun olaraq  rayonun  tam orta və ümumi orta məktəb rəhbərlərini, qabaqcıl müəllimləri, əlaqədar təşkilatları, valideynləri cəlb etməklə zonalar üzrə  geniş tərkibdə maarifləndirmə tədbirlərini  keçirir və məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil edir. Bu tədbirlərdə valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi, təhsilin keyfiyətcə yaxşılaşdırılması məsələləri ilə yanaşı vətəndaşları  maraqlandıran digər məsələlərin də müzakirəsi aparılır.

              Belə müşavirələrdən biri 27.04.2016 tarixdə rayonun Böyük Muruq kənd tam orta məktəbində təhsil işçiləri , valideynlər və hüquq mühafizə orqanlarının iştirakı ilə keçirilmişdir. Müşavirədə gənc nəslin hərtərəfli inkişaf etmiş vətənpərvər şəxsiyyət kimi yetişdirilməsi, yetişməkdə olan nəslin sağlam  böyüməsinə mənfi təsir edən hallara qarşı hamılıqla mübarizə aparılması, istedadlı şagirdlərin erkən yaşlardan üzə çıxarılıb inkişaf etdirilməsi və vətəndaşların hüquqi maarifləndirilməsi kimi məsələlərin müzakirəsi aparılmışdır. Müşavirənin işində rayonun Sudur, Quturğan, Qənərçay, Gican, Düztahir, B/Muruq, Əcəxur və Uqur kənd məktəblərinin kollektivlərinin üzvləri , valideynlər, İH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyə üzvləri iştirak etmişdir.

              Gündəlikdə duran məsələlərlə bağlı rayon Təhsil Şöbəsinin müdiri N.Fərzəliyevin, rayon prokuroru Z.Vəliyevin məruzələri olmuş, məktəb direktorlarının  hesabatları dinlənilmiş , rayon polis şöbəsinin və Həzrə polis bölməsinin əməkdaşlarının çıxışları  olmuşdur.

              Müşavirədə vətəndaşları maraqlandıran suallara cavablar verilmiş, verilən təkliflər qeydə alınmışdır. Rayonda qeyd olunan mövzularda zona müşavirələrinin keçirilməsi davam etdiriləcəkdir.


Açar sözlər: