Abuyev  Yüzbəy  Şimal  oğlu 

1960-cı ildə  Azərbaycan  Respublikası,  Qusar rayonun Kuzun kəndində anadan olmuşdur. 1981- ci ildə Azərbaycan Dövlət  Pedagoji  İnstitutunun  Riyaziyyat  fakultəsini bitirmişdir.  1981-1988-ci illərdə Qusar rayonun Kuzun kənd orta və Qusar rayon əyani- axşam orta məktəblərində  ixtisası üzrə müəllim, 1988-2001- ci illərdə  Qusar rayon Təhsil Şöbəsinin metodisti, 2001-2012- ci illərdə  Şöbənin kadrlar üzrə  inspektoru və aparıcı məsləhətçi vəzifələrində  çalışmışdır.

Azərbaycan  Respublikası Təhsil Nazirliyinin 14. 05. 2013-cü  il tarixli, 11/414№ -li  əmrinə əsasən  06 may 2013 –cü il tarixdən  Qusar  rayon  Təhsil  Şöbəsinin   müdir müavini vəzifəsinə təyin olunmuşdur. I dərəcə  dövlət   qulluqçusudur.  Təhsil Nazirliyinin kollegiya qərarına əsasən «Azərbaycan Respublikasının Təhsil əlaçısı» döş nişanı və  müxtəlif  illərdə  rəhbərliyin  Fəxri  Fərmanları  ilə  təltif  edilmişdir.