Fərzəliyev Niftəli Fərzəli oğlu

1951-ci ildə Azərbaycan  Respublikası, Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət  Pedagoji  İnstitutunun  Riyaziyyat  fakultəsini bitirmişdir.

1973-1988-ci illərdə Mucuq kənd orta məktəbində müəllim,1988-1995-ci illərdə  təlim-tərbiyə işləri üzrə direktor müavini, 1995-ci ilin sentyabr ayından 2008-ci ilin fevral ayiına qədər  həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 2003-cü ildə Azərbaycan Müəllimlər Gurultayının nümayəndəsi olmuşdur.

2008-ci ilin fevral ayında Qusar Rayon Təhsil Şöbəsinin müdiri təyin edilmişdir.  I dərəcə  dövlət   qulluqçusudur.