Qusarda (kənd) ilk dövlət məktəbi 1866-cı ildə açılsa da, rayon mərkəzinin Qusara köçürülməsi 1934-cü ilə təsadüf edir. 1938-ci ildə Hil rayonu adlanan bu inzibati bölgünün adı dəyişdirilərək Qusar rayonu adlandırılır. Qusarda 1927-ci ildən müəllim hazırlayan kurslar,1930-42-ci illərdə pedoqoji məktəb fəaliyyət göstərmişdir.1932-ci ildə yaradılan təhsil strukturları rayon təhsilinin gələcək inkişafına öz  təsirini göstərmiş, təlim-tərbiyə prosesinin keyfiyyətcə yaxşılaşdırılması, pedoqoji işçilərin ekmi-nəzəri və metodiki hazırlığının inkişaf etdirilməsi istiqamətində səmərəli iş aparmışdır. 1992-ci ildə Qusar Rayon Xalq Maarif Şöbəsinin adı dəyişdirilərək Qusar Rayon Təhsil Şöbəsi adlandırılmışdır.

 Hazırda Qusar rayonunda 48 tam orta, 20 ümumi orta, 18 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə   faliyyət göstərir. Rayonun ümumtəhsil  müəssisələrində 14767 nəfər şagirdin təlim-tərbiyəsi  ilə 1725 nəfər müəllim məşğul olur.Onlardan 1010 nəfəri ali təhsillidir.