25.08.2020

Tərifnamə təqdim olunub

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 2019-2020-ci dərs ilində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında online şəkildə “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi keçirilib.Rayonun E.Güləliyev adına şəhər 2 saylı tam orta məktəbinin məzunu Məmmədova Nübar Məmməd qızı tərifnamə ilə təltif olunub.  Tərifnamənin təqdim olunma tədbiri RTŞ-nin inzibati binasında şöbənin müdiri əvəzi Y. Abuyev tərəfindən keçirilib. O, N. Məmmədovanı RTŞ əməkdaşları və rayonun bütün müəllimləri adından təbrik edib, ona yeni uğurlar, xoşbəxtlik arzulayıb.


Açar sözlər: ,