25.08.2020

Onlayn müşavirə

Avqustun 24-də rayon Təhsil Şöbəsində onlayn müşavirə keçirilib. Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak edib. Müşavirəni açan TŞ-nin müdiri əvəzi Y. Abuyev iştirakçıları gündəliklə tanış edib. Onlayn müşavirədə təhsil müəssisələrinin növbəti tədris ilinə hazırlığı, məktəbəhazırlıq qruplarına və I siniflərə şagird qəbulu, məktəblərin dərsliklərlə təminatı, Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə həyata keçirdiyi Virtual Məktəb layihəsinin rayonda həyata keçirilməsi vəziyyəti, bu sahədəki yeniliklər, sağlamlıq imkanları məhdud  şəxslərin təhsilə cəlb olunması sahəsində psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyəti və digər cari məsələlər müzakirə olunub, məktəb rəhbərlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib və onlara müvafiq tapşırıqlar verilib.


Açar sözlər: ,