18.02.2021

Məktəbin açılışı

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu Qusar rayonunun Quxuroba kənd tam orta məktəbinin bərpa-gücləndirmə və əsaslı təmir işlərindən sonra açılış mərasimində iştirak edib.

Quxuroba kənd tam orta məktəbi 464 şagird yerlikdir. Tədris binasında 23 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, GÇH və məktəbəhazırlıq kabinetləri mövcuddur. Məktəbdə 100 yerlik yeməkxana, 150 yerlik akt zalı üçün də şərait yaradılıb.

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub.

Tədbirin sonunda xatirə şəkili çəkilib.


Açar sözlər: ,