17.03.2021

Finalçılar məlum oldu

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub. Nəticələrə əsasən 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanıb.

 Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür.

Final mərhələdə Qusar rayonunu üç şagird təmsil edir.

1. Şəhər 1 saylı tam orta məktəbinin X sinif şagirdi Pirnəzərov Murad Firdusi oğlu, biologiya fənni üzrə. 

2. Şəhər 6 saylı tam orta məktəbinin XI sinif şagirdi Qayıtmazova Rita Cahid qızı, riyaziyyat fənni üzrə. 

3 .Balaqusar kənd tam orta məktəbinin X sinif şagirdi Əmiraslanlı Könül Sərvan qızı, biologiya fənni üzrə.

Rayonun ümumtəhsil məktəblərinin yarımfinal mərhələsində iştirak etmiş 31 nəfər şagirddən 3 nəfəri final mərhələsinə vəsiqə qazanmışdır.


Açar sözlər: ,