03.06.2021

  Müsabiqə qalibi mükafatlandırılıb  

IX-XI sinif şagirdləri arasında təşkil olunan Ən yaxşı təqdimat müsabiqəsinin nəticələrinə əsasən,  Bəhruz Ağaverdiyev  adına Qusar şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Quliyeva Mələkxanım Namiq qızı  III dərəcəli  diploma layiq görülüb.

Qusar RTŞ-nin müdiri Yüzbəy Abuyev qalibi təbrik edərək müsabiqənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən bu cür müsabiqələrin böyük əhəmiyyəti var.

İdarə müdiri müsabiqənin mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq videotəqdimat formatında onlayn keçirildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasətinin real şəkildə müsbət təzahürünü göstərdiyi deyən Yüzbəy Abuyev müvafiq inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Müsabiqə qalibinə  diplom  və qiymətli  hədiyyələr  təqdim  olunub.